"Qarabağ" "Qalatasaray"la xeyriyyə matçına azarkeş marağı böyükdü. Sport24.az xəbər verir ki, hazırda qarşılaşma üçün 60 mindən çox bilet satılıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə Türkiyənin Anadolu Agentliyinə məlumat verib. Satışa 62 min bilet çıxarılmışdı və anşlaq olacağı indidən bəllidi.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçdan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.