"Çelsi"nin yarımmüdafiəçisi Rahim Sterlinq yaxın zamanda klublarını dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə Florian Plettenberq sosial media hesabında paylaşım edib..

 

Mənbənin sözlərinə görə, Premyer Liqanın iki klubu - "Vest Hem" və "Fulhem" Sterlinqi transfer etməkdə maraqlıdır.

 

Futbolçu "Fulhem"in əsas transfer hədəfidir, "Vest Hem" isə onunla maraqlanır, bazarı da araşdırmağa davam edir.

 

Qeyd edək ki, Sterlinq bu mövsüm heç bir oyun keçirməyib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.