Serxio Ramos "Sevilya"ya yeni statusda qayıtmaq istəyir. Oyunçu klubu almaq istəyən bir qrup investorun rəhbərliyindədir. Sport24.az COPE-yə istinadən xəbər verir ki, Ramos "Sevilya"nın prezidenti ola bilər.

 

Mənbənin sözlərinə görə, Ramos klubun indiyə qədər aldığı ən böyük təklifi verib. "Sevilya"nın hazırkı səhmdarları artıq Serxinin təklifi barədə məlumatlandırılıblar.

 

Qeyd edək ki, 39 yaşlı Ramosun son klubu bu ilin dekabrında ayrıldığı Meksikanın "Monterrey" klubu olub. Serxinin peşəkar oyunçu karyerasını davam etdirə biləcəyi bildirilirdi. Fransanın "Nitsa" klubu onunla maraqlandığını bildirib, lakin şayiələr hələlik özünü doğrultmayıb.