"Roma" rəhbərliyi misirli hücumçu Məhəmməd Salahı "Liverpul"dan icarəyə götürmək barədə düşünür. Sport24.az xəbər verir ki, bu haqda "Tutto Mercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Roma" 33 yaşlı Salahı transfer etməkdə çox maraqlıdır, "Liverpul" isə hazırda onu yalnız cari mövsümün sonuna qədər icarəyə verməyə hazırdır. Bu variantın "Roma" üçün məqbul olduğu bildirilir. Lakin Salahın yüksək maaşı - vergilər xaric ildə təxminən 24 milyon avro - keçidin reallaşmasına mane ola bilər.

 

Qeyd edək ki, Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 20 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.