Azərbaycan Cüdo Federasiyası yeni ilin ilk cüdo təqvimini açıqlayıb. Sport24.az xəbər verir ki, cüdoçularımız 7-14 yanvar tarixlərində Avstriyanın Mitterzill şəhərində təlim düşərgəsində olacaqlar.

 

9-30 yanvar tarix aralığında isə gənc qızlardan ibarət milli komanda Yaponiyanın Osaka şəhərində təlim-məşq toplantısına qatılacaqlar.

 

Belçikanın Vise şəhərində cüdoçularımızın iştirak edəcəyi beynəlxalq açıq turnir isə 31 yanvar – 1 fevral tarixlərində baş tutacaq.