"Vest Hem" qış "transfer pəncərəsi"ndə "Barselona"nın sabiq vingeri Adama Traoreni heyətinə cəlb edəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "çəkicdöyənlər" 29 yaşlı futbolçu ilə bağlı  "Fulhem"lə artıq razılığa gəliblər.

 

Qeyd edək ki, Traore 2023-cü ilin yayında "Fulhem"ə azad agent kimi qoşulub. O, bu mövsüm bütün turnirlərdə 16 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.