"Bavariya"nın 25 yaşlı qolkiperi Daniel Perets mövsümün ikinci yarısını icarə əsasında "Sauthempton"un formasını geyinəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkə hesabında paylaşım edib.
Ötən yay "Bavariya" israilli qapıçını "Hamburq"a icarəyə göndərmişdi. Ancaq Perets orada yalnız iki oyunda iştirak edib, o cümlədən Almaniya Kubokunda iki oyun keçirib.
Qapıçının daha çox oyun vaxtı qazanması üçün Münhen klubu bu dəfə Çempionşipdə turnir cədvəlində 13-cü yerdə olan "Sauthempton"a göndərməyi lazım bilib.