Hücumçu Pyer-Emerik Obameyanq Qabon hökumətinin onu milli komandadan kənarlaşdırmaq, komandanın fəaliyyətini dayandırmaq və məşqçilər heyətini ləğv etmək qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Düşünürəm ki, komandanın problemləri mənim kiçik adamda yox, daha dərindədir".
Qeyd edək ki, Qabon Afrika Millətlər Kubokunun qrup mərhələsində Kameruna (0-1), Mozambikə (2-3) və Kot-d'İvuara (2-3) məğlub olaraq F qrupunda sonuncu olub. Obameyanq Qabon millisində 2009-cu ilin martında debüt edib. O, yığmanın heyətində 82 oyunda 39 qol vurub və 10 məhsuldar ötürmə edib.