"Strasburq"un baş məşqçisi Liam Rosenior, "Çelsi"ni çalışdırmağa əsas namizəddir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, London klubunun rəhbərliyi baş məşqçiyə yüksək qiymət verir və o, hazırda "sükan arxasına" keçməyə əsas namizəddir. "Strasburq" artıq Rosenioru əvəzləyə biləcək yeni baş məşqçi axtarışına çıxıb.
Qeyd edək ki, İngiltərə klubu dünən baş məşqçi Enso Mareska ilə müqaviləni ləğv edib. Roseniorun rəhbərliyi altında isə "Strasburq" 16 oyundan sonra Fransa çempionatında səkkizinci yerdədir. Komandanın hazırda aktivində 23 xal var və lider "Lans"dan 14 xal geri qalır.