"Latsio"nun 27 yaşlı hücumçusu Valentin Kastelyanosun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı yüksəkdir. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, "Vest Hem" argentinalı futbolçu ilə müqavilə bağlayacaq. 

 

Mənbənin sözlərinə görə, transfer qiyməti 29 milyon avrodur. Tərəflər arasında artıq bütün məsələlərdə razılıq əldə olunub. Kastelyanos "çəkicdöyənlər"lə uzunmüddətli anlaşma imzalayacaq.

 

Qeyd edək ki, Kastelyanos cari mövsümdə Seriya A-da 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.