"Tottenhem"in və Uels millisinin hücumçusu Brennan Conson qış fasiləsində Londonu təmsil edən başqa kluba keçəcək. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 24 yaşlı uelsli futbolçu karyerasını "Kristal Palas"da davam etdirəcək.

 

Müqavilənin dəyəri 33,5 milyon funt sterlinqdir.

 

Qeyd edək ki, Conson bu mövsüm Premyer Liqada 16 oyun keçirib. Cəmi 6 oyunda əsas heyətdə yer alan futbolçu 2 qolla yadda qalıb.