"Bavariya"nın müdafiəçisi Kim Min Je gələcəyi ilə bağlı qərar verib. Bir neçə Avropa klubunun maraq dairəsində olan 29 yaşlı koreyalı futbolçu bütün təklifləri rədd edir. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.

 

Mənbənin özlərinə görə, futbolçu ən azı yaya qədər Münhen klubunda qalıb, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq niyyətindədir.

 

Türkiyən təmsilçisi "Fənərbaxça" və bir neçə İtaliya klubu koreyalını "rənglərinə bağlamaq" üçün hərəkətə keçsə də, o Almaniyada qalmağa qərar verib. 

 

Qeyd edək ki, Kim Min Jenin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. Koreyalı bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 17 oyun keçirib.