"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Roma" fransalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

 

Paytaxt klubu "mavilər"in baş məşqçisi Entso Mareskanın qərarı ilə əsas komandadan uzaqlaşdırılan 27 yaşlı mərkəz müdaffiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yanvar ayında "Monako"dan 45 milyon avroya transfer edib. Fransa millisinin sabiq üzvü bu mövsüm London təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.