Azərbaycan idmanı 2025-ci ildə bir sıra mühüm və tarixi hadisələrlə yadda qalıb. Sport24.az başa çatmaqda olan təqvim ilində ölkə idmanında ən çox diqqət çəkən 25 maraqlı məqamı təqdim edir:

 

1. Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionu olması
- İl ərzində ən böyük və sarsıdıcı uğur. Dünya çempionluğu Azərbaycan idman tarixində xüsusi çəkisi olan hadisədir.

 

2. Azərbaycan idmançılarının 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanaraq rekorda imza atması
- Kütləvilik, nəticə və statistika baxımından tarixi göstərici.

 

3. "Qarabağ"ın ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirakı
- Azərbaycan klub futbolunun Avropadakı ən yüksək səviyyəli təmsilçiliyi.

 

4. Tarixdə ilk UFC turnirinin Bakıda keçirilməsi
- Qlobal idman brendinin Azərbaycana gəlməsi böyük imic və bazar hadisəsidir.

 

5. Azərbaycanın tarixdə ilk dəfə III MDB Oyunlarına ev sahibliyi etməsi
- Təşkilatçılıq, infrastruktur və beynəlxalq diqqət baxımından önəmli mərhələ.

 

6. Şahmat üzrə qadın millisinin tarixdə ilk dəfə dünya çempionatında ikinci yeri tutması
- Azərbaycan şahmatı üçün tarixi nəticə.

 

7. Qadın futbol millisinin "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi olması
- Qadın futbolu üçün dönüş nöqtəsi kimi dəyərləndirilə bilər.

 

8. Selcan Mahsudovanın (batut) dünya rekordunu yeniləməsi
- Fərdi idmanda dünya miqyasında çox nadir nailiyyət.

 

9. Misli Premyer Liqasında legioner limitinin ləğv edilməsi
- Uzunmüddətli təsiri olacaq, sistem dəyişikliyi yaradan qərar.

 

10. "Sabah" futbol komandasının tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanması

- Klub tarixində ən böyük uğur.

 

11. "Araz-Naxçıvan"ın tarixində ilk dəfə bürünc medal qazanması

 

12. "Sabah" basketbol klubunun Çempionlar Liqasında ilk iştirakı

 

13. İlk dəfə azərbaycanlı futbolçu - Elvin Cəfərquliyevin ÇL matçında oyunun ən yaxşısı seçilməsi

 

14. 10 ildən sonra Azərbaycan boks məktəbinin yetirməsinin (Sübhan Məmmədov) dünya çempionu olması

 

15. Emin Mahmudovun futbol millimizin millinin bombardiri olması

 

16. Ayxan Abbasovun milli komandanın baş məşqçisi təyin edilməsi

 

17. Fernandu Santuşun milli komandaran istefaya göndərilməsi

 

18. Əfsanəvi güləşçimiz Mariya Stadnikin karyerasını başa vurması

 

19. Olimpiya mükafatçısı olan güləşçimiz Rafiq Hüseynovun peşəkar idmandan getməsi

 

20. Cahangir Fərəcullayevin AFFA-nın baş katibi təyin edilməsi.

 

21. FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək.

 

22. Uzun fasilədən sonra Yevlax və İmişli təmsilçiləri Premyer Liqaya qayıtdılar.

 

23. Azərbaycan futbolu tarixində ilk dəfə 4 futbol hakimimiz sinəsində FİFA statusu daşıyacaq ( Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Tural Qurbanov).

 

24. Uzun fasilədən sonra bu il Quba Premyer Liqa matçlarını qəbul etdi (elitada debüt edən "İmişli" ev oyunlarını məhz bu bölgədə keçirir).

 

25. Son 5 ildə ilk dəfə Premyer Liqanın qış çempionu "Sabah" klubu oldu.