2026-cı il Çin təqviminə görə At ili olacaq. Sport24.az xəbər verir ki, maraqlıdır ki, Misli Premyer Liqasında çıxış edən bir sıra futbolçular da məhz At ilində dünyaya gəliblər.

Onların böyük əksəriyyəti 2002-ci il, biri isə 1990-cı il təvəllüdlüdür.

Hər iki il Çin təqviminə görə At ili hesab olunur.

Beləliklə, qarşıdan gələn At ili ərəfəsində Misli Premyer Liqasında çıxış edən bu futbolçular eyni təqvim ili altında birləşən oyunçular kimi diqqət çəkirlər.

"İmişli" - Həzrət İsayev, Ezekiel Morqan (hamısı 2002)

"Karvan-Yevlax" - Əli Abdullayev, İmani Barker, Samuel Durrant (2002)

"Kəpəz" - Yusif İmanov (2002)

"Qarabağ" - Kamilo Duran, Musa Qurbanlı (hər ikisi 2002)

"Qəbələ" - Rüfət Əhmədov (2002)

"Neftçi" - Emil Səfərov, Elessio Kurçi (hər ikisi 2002)

"Sabah" - Rustam Samiqullin (2002)

"Sumqayıt" - yoxdur

"Şamaxı" - Abdullahi Şuaybu - (2002)

"Turan Tovuz" - Abdulla Rzayev, Veysəl Rzayev ("Kəpəz"ə keçəcək), Fərid Yusifli (hamısı 2002)

"Zirə" - Stefan Aka (1990), Eldar Quliyev (2002)