"Transfermarkt" portalı bu gün üçün dünyanın ən bahalı müdafiəçilərinin reytinqini tərtib edib. Sport24.az xəbər verir ki, ən bahalı müdafiəçi adı "Arsenal" və Fransa millisinin oyunçusu Vilyam Salibaya məxsusdur.

 

"Arsenal"ın 24 yaşlı oyunçusunun dəyəri 90 milyon avrodur.

 

Reytinqdə ikinci yeri "Barselona"dan 18 yaşlı Pau Kubarsi (80 milyon avro) tutur. İlk "üçlüy"ü isə "İnter"dən 26 yaşlı Alessandro Bastoni (80 milyon avro) tamamlayır.

 

Qeyd edək ki, bir müddət əvvəl mediada "Real"ın və PSJ-nin Saliba ilə maraqlandığı, lakin "Arsenal"ın ulduzunu satmaq istəmədiyi bildirilirdi.