Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun müdafiəçisi Joao Kanselonun qış "transfer pəncərəsi"ndə klubdan ayrılmaq ehtimalı yüksəkdir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media platformasında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "İnter" müdafiəçini icarəyə götürməklə bağlı "Əl-Hilal"a müraciət edib. "Barselona" və "Yuventus" da son 48 saat ərzində Kanselo ilə əlaqədar Səudiyyə Ərəbistanı klubu ilə əlaqə saxlayıblar.

 

Qeyd edək ki, 31 yaşlı Kanselo 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edir. Portuqaliyalı futbolçu bu mövsüm altı oyununda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Joaonun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.