"Real" "Kristal Pelas" və İngiltərə millisinin mərkəz müdafiəçisi Mark Qehinin transferində maraqlıdır. Sport24.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 25 yaşlı futbolçunun nümayəndələri ilə ilk danışıqları aparıb.
"Liverpul", "Barselona" və "Bavariya"nın da Qehinin xidmətində maraqlı olduğu söylənilsə də, futbolçunun Madrid klubunu seçdiyi bildirilir.
Qeyd edək ki, müdafiəçinin londonlularla müqaviləsi 2026-cı ilin yayında başa çatır. Futbolçu bu mövsüm meydana çıxdığı 28 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.