"Flamenqo"nun yarımmüdafiəçisi Xorxe Karraskal karyerasını "Napoli"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə türkiyəli insayder Əkrəm Konur "X" sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, İtaliya klubu Karraskal üçün 20 milyon avro təklif etməyə hazırlaşır. Bir müddət əvvəl Brazliya təmsilçisi kolumbiyalı yarımmüdafiəçiyə görə Fransa "Marsel"inin 15 milyon avroluq təklifini geri çevirmişdi.
Qeyd edək ki, 27 yaşlı Xorxe son mövsümdə "Flamenqo"nun heyətində 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.