"Milan"ın yarımmüdafiəçisi Luka Modriç karyerası boyunca birlikdə işlədiyi məşqçilər haqqında danışıb və ən sərtinin kim olduğunu da açıqlayıb. Sport24.az xəbər verir ki, hazırda "Milan"ın formasını geyinən xorvatiyalı ulduz bu barədə "Corriere della Sera" nəşrinə açıqlama verib:
"Həm məşqçi, həm də insan kimi Mourinyo xüsusidir. Məni "Real"a dəvət edən də o oldu. Onsuz heç vaxt orda ola bilməzdim. Təəssüf ki, portuqaliyalı mütəxəssislə cəmi bir mövsüm birlikdə işləyə bildik".
"Joze Mourinyo, Karlo Ançelotti və Massimiliano Allegri arasında ən sərt məşqçi kimdir?" sualına isə xorvatiyalı futbolçu belə cavab verib:
"Mourinyo. Bir dəfə paltardəyişmə otağında o, sözləri ilə Kriştiano Ronaldonu ağlatdı. O futbolçunu ki, bütün gücünü meydanda qoyur. Səbəb isə Ronaldonun bir epizodda müdafiəçinin arxasınca sona qədər qaçmaması idi.
Mourinyo oyunçuları ilə çox açıq, eyni zamanda dürüstdür. Onun üçün fərqi yox idi, qarşısındakı Serxio Ramos və yeni transferdi. idi. Hamı ilə eyni cür davranırdı, nəsə demək lazım gələrsə, onu deyirdi. Allegri də belədir. O, nəyin doğru, nəyin səhv olduğunu birbaşa üzünüzə deyir".