"Real" Brahim Diazı buraxmayıb. Sport24.az xəbər verir ki, "kral klubu" bir çox klubdan təklif alan Diaza yeni müqavilə təklif edib.

 

Tərəflər arasında razılıq da əldə edilib. O, 2030-cu il iyunun 30-na qədər "Real"da qalıb. 26 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2027-ci il iyunun 30-na kimi idi.

 

Mərakeş millisinin zvü "Mançester Siti" və "Milan"da da oynayıb.