"Santos"un ulduz hücumçusu Neymar Braziliya klubu ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 33 yaşlı cinah oyunçusu ən azı 2026-cı ilin dekabrına qədər klubda qalacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçunun Braziliya klubu ilə hazırkı müqaviləsi dekabrın 31-də başa çatıb. Neymar bu mövsüm Braziliya liqasında 20 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.