"Çelsi" bu gün baş məşqçisi Enzo Mareska ilə yolları ayıra bilər. Sport24.az xəbər verir ki, bununla bağlı "The Guardian" qəzetinin jurnalisti Aleks Kruk paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Mareskanın klub rəhbərliyi ilə münasibəti korlanıb. Bu məsələdə komandanın son nəticələri mühüm rol oynayıb. Londonlular son doqquz oyundan ikisində qalib gəliblər. "Bornmut"la 2-2 hesablı heç-heçədən sonra Mareska özünü xəstə kimi göstərib və buna görə də mətbuat konfransına çıxmayıb. Əslində isə klubdakı vəziyyətdən narazılığı səbəbindən jurnalistlər qarşısına çıxmamaq qərarına gəlib.

 

Qeyd edək ki, 19 turdan sonra londonluların aktivində 30 xal var və hazırda turnir cədvəlində lider "Arsenal"dan 15 xal geridə qalaraq beşinci yerdə qərarlaşıblar.