"Mançester Yunayted" keçmiş baş məşqçi Ser Aleks Ferqyusonu ad günü münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, bu gün şotland məşqçinin 84 yaşı tamam olur.
"Qırmızı Şeytanlar"ın mətbuat xidməti "X" sosial media platformasında paylaşım edib:
"Ser Aleks Ferqyuson, 84 yaşınız mübarək!"
Qeyd edək ki, Aleks Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin iyun ayına qədər "Mançester Yunayted"ə rəhbərlik edib. 2013-cü ildən 2024-cü ilin oktyabr ayına qədər o, idarə heyətinin üzvü olub. Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted" sonuncu Premyer Liqa titulunu 2012/13 mövsümündə qazanıb.