"Vest Hem" "Vulverhempton"un hücumçusu Yorgen Larsen üçün təklif hazırlayır. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Vulverhempton" 25 yaşlı norveçlini 40 milyon funt sterlinq qiymətləndirir. Onun müqaviləsi 2030-cu ilin yayına qədərdir. 

 

Qeyd edək ki, Larsen 2025/26 mövsümündə 19 matçda 3 qol vurub. O, ötən mövsüm 38 matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.