Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçu Antuan Semenyonun "Bornmut"dan transferi ilə bağlı məsələyə münasibət bildirməkdən yayınıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Sky Sports"un əməkdaşının sualına belə cavab verib:
"Nə olacaqsa, olacaq. Mənim heç nədən xəbərim yoxdur. Qış "transfer pəncərəsi" hazırda bağlıdır".
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, "Siti" Semenyonu transfer etməyə yaxındır və tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.