"Real"ın və Braziliya millilərinin keçmiş müdafiəçisi Roberto Karlos ayağında əməliyyat keçirdikdən sonra ürək problemləri diaqnozu qoyulduğu barədə internetdə yayılan xəbərlər fonunda rəsmi açıqlama verib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

 

"İnternetdə yayılan son məlumatlara aydınlıq gətirmək istərdim. Bu yaxınlarda tibbi heyətimlə əvvəlcədən planlaşdırılmış profilaktik tibbi prosedurdan keçdim. Prosedur uğurlu keçdi və özümü yaxşı hiss edirəm. Ürək tutması keçirməmişəm.

Əməliyyatdan sonra bərpa normal şəkildə davam edir. Tam formaya düşmək, peşəkar və şəxsi fəaliyyətimə davam etməyi səbirsizliklə gözləyirəm.

Hər kəsə dəstək və narahatlıq mesajlarına görə səmimi qəlbdən təşəkkür edirəm. Hər kəsə əmin etmək istəyirəm ki, narahatlığa heç bir səbəb yoxdur".