"Transfermarkt" portalı bu gün üçün dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini tərtib edib. Sport24.az xəbər verir ki, ən bahalı yarımmüdafiəçi adı "Real"ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhemə məxsusdur.

 

"Kral klubu"nun 22 yaşlı oyunçusunun dəyəri 160 milyon avrodur.

 

Reytinqdə ikinci yeri "Barselona"dan 23 yaşlı ispaniyalı Pedri (140 milyon avro) tutur. Ən bahalı "üçlüy"ü isə "Bavariya"dan 22 yaşlı Camal Musiala (130 milyon avro) tamamlayır.

 

Reytinqdə sonrakı yerlərdə transfer qiyməti 120 milyon avrodan çox olan üç oyunçu gəlir: Koul Palmer (Çelsi), Deklan Rays (Arsenal) və Federiko Valverde (Real).