2025/2026 mövsümünün ikinci yarısına hazırlaşan "Kəpəz" komandası transfer çalışmalarını davam etdirir. Sport24.az Gəncə təmsilçisinin hansı ölkədəki oyunçu danışıq apardığını aydınlaşdırıb.
"Sarı-göylər" gürcüstanlı sabiq futbolçusu Rati Ardazişvili ilə danışıqlar aparsa da, uğursuzluqla nəticələnib.
Buna baxmayaraq Gürcüstan çempionatında çıxış edən daha bir oyunçu ilə danışıqlar davam edir. Adını dəqiqləşdirə bilməsək də, həmin şəxsdə də Azər Bağırovun heyətdə görmək istədiyi legionerdir.
Bundan əlavə, "Kəpəz" müqavilə ilə "Sabah"a məxsus olan və hazırda "Turan Tovuz"da çıxış edən Abdulla Rzayev üçün də danışıqlar aparır.
Qeyd edək ki, gəncəlilərin "Turan Tovuz"dan Veysəl Rzayevi heyətinə qatması dəqiqdir.