"Gəncə" heyətinə yeni voleybolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat paylaşıb.

 

Şəhərin eyniadlı təmsilçisi türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalayıb. 

 

Qeyd edək ki, 21 yaşlı voleybolçunun son klubu Kosova "Gjinoci"si olub. Elveren daha əvvəl ölkəsinin "Çanaqqala Bələdiyəspor", "Ortakçı Orhaniyespor", "Bahçelievler Belediyesi" və "Vakıfbank" komandalarının şərəfini qoruyub.