Bu gün Misli Premyer Liqasının XVI turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.
"Karvan-Yevlax" "doğma divarlar" arasında "Neftçi"ni qonaq edir. Heç şübhəsiz ki, kağız üzərində oyunun favoriti qonaqlardır. "Ağ-qaralar" mövsümə uğursuz başlasa da, bütün göstəricilərdə meydan sahiblərindən üstündür. Bu üzdən paytaxt klubu yeni baş məşqçi Yuri Vernidubun rəhbrəliyi altında səfərdən 3 xalla qayıtmağı düşünür. Meydan sahiblərinin də ilin son oyununda azarkeşlərini sevindirmək üçün maksimum səy göstərəcəyi heç kim sirr deyil.
Qeyd edək ki, turun dünən keçirilən ilk görüşündə "Kəpəz" "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub.
Misli Premyer Liqası
II dövrə, XVI tur
14:00. "Karvan-Yevlax" - "Neftçi" 1:0 (İkinci hissə)
Qollar: Araz Abdullayev, 45+8, pen, Bassala Sambu, 61
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax. Şəhər stadionu.
"Karvan-Yevlax": 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant
Məşqçi: Füzuli Məmmədov.
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub.