"Transfermarkt" portalı Avropanın ən yaxşı liqalarında çıxış edən oyunçuların transfer dəyərlərini yeniləyib. Sport24.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Harri Keyn yaşı 30-dan yuxarı oyunçular arasında ən bahalı futbolçu olub.
32 yaşlı Keynin dəyəri 65 milyon avrodur.
Ən dəyərli üç yaşlı oyunçu arasında Keynin komanda yoldaşı Coşua Kimmix və "Mançester Yunayted"dən Bruno Fernandes (hər biri 40 milyon avro) da var.
Qeyd edək ki, hazırda "Everton"un formasını geyinən Cek Qriliş 30 yaşdan yuxarı ən bahalı on oyunçunun siyahısını tamamlayıb.