"Barselona" növbəti dörd-beş il ərzində heyətini gücləndirə biləcək mərkəz müdafiəçiləri axtarışındadı. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalonlar ən çox Yoşko Qvardiola (Mançester Siti) və Alessandro Bastoni (İnter) ilə maraqlanır.
Mənbənin sözlərinə görə, katalonlar maliyyə problemlərini həll etdikdən sonra gələn yay onları transfer etməyi düşünür.
Qeyd edək ki, adı çəkilən oyunçular müqaviləsi 2026-cı ilin yayında başa çatan Andreas Kristensen və psixoloji problemlərlə üzləşən Ronald Arauxonu əvəz edə bilərlər.