"Kəpəz"lə matç qərb derbisi olduğu üçün çox gərgin keçir. Şükürlər olsun ki, qələbə qazanıb azarkeşlərimizi sevindirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Faiq Hacıyev deyib.

O, Misli Premyer Liqasının XVI turu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri oyunu haqda fikirlərini bölüşüb:

"Son oyunlarda nəticələrimiz ürəkaçan deyildi. Bu, hər komandanın yaşaya biləcəyi haldır. Qış fasiləsi bizim xeyrimizə olacaq. Hazırlaşıb, nəticələrimiz yaxşılaşdıracayıq. Uzun müddət əsas heyətdə yer almamağım? Əlbəttə, hər zaman meydanda olub komandama kömək etmək istəyirəm. Heyəti baş məşqçi müəyyənləşdirir. Onun qərarına hörmətlə yanaşıram. Nə zaman şans versə, əlindən gələni edəcəm".

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.