"Arsenal"ın vingeri Bukayo Saka klub tarixində ən çox maaş alan oyunçu olacaq. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "topçular"ın idman direktoru Andrea Berta ilə Sakanın nümayəndələri arasında dekabr ayında aparılan danışıqlar müsbət sonluqla yekunlaşıb.
Qeyd edək ki, yeni sözləşməyə əsasən Saka 2031-ci ilin yayına qədər London klubunun formasını geyinəcək. Yeni müqaviləydə yer alan bəndə görə, o, klub tarixində həftədə 300.000 funt sterlinq qazanan ilk oyunçu olacaq.