Braziliyanın "Botafogo" klubu "Qarabağ"ın futbolçusu Pedro Bikalyo ilə bağlı planlarından geri çəkilmir. Sport24.az xəbər verir ki, "Transferências 24h" profili və "GE" saytının məlumatına görə, Rio-de-Janeyro təmsilçisi yarımmüdafiəçi üçün maliyyə şərtlərini yaxşılaşdıraraq yeni təklif irəli sürüb.
İlk təklifin rədd edilməsindən sonra "Botafogo"nun bu dəfəki təklifi satınalma opsiyalı icarə formasındadır.
Yeni variantda qısa müddətdə ödəniləcək məbləğin daha yüksək olduğu bildirilir.
Qeyd olunur ki, Pedro Bikalyo Braziliyaya qayıtmaq ehtimalını müsbət qarşılayır və bu variantı ciddi şəkildə dəyərləndirir.