"Fənərbaxça" "Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 

 

Daha əvvəl bildirilmişdi ki, sənədləşmə məsələsində problem yaransa da, "Fənərbaxça" və "Əl-İttihad" FİFA-ya müraciət edərək problemin həll olunması yönündə razılıq alıb.

 

Fransalı futbolçunun İstanbul klubu ilə sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.