"Barselona"nın və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyesta gələcək məşqçilik karyerası barədə danışıb. Sport24.az xəbər verir ki, dünya və Avropa çempionu olan futbolçu bu barədə "SER Catalunya"ya açıqlama verib.
"Bəli, məşqçilik karyerasına başlamağı planlaşdırıram. Bu, mənim etmək istədiyim işdir və buna əlimdən gələn qədər hazırlaşmağa çalışacağam.
"Barselona"? Yaşımı nəzərə alsaq, 15 ildən sonra bura gələ bilərəm. Uzunmüddətli planlar qurmuram. Hazırda məşqçilik lisenziyamı alıram. Payızda nə olacağını görəcəyik".
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda 41 yaşlı keçmiş futbolçunun Mərakeş millisinin məşqçilər korpusunda yer alacağı bildirilirdi.