"Şahdağ Qusar" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Aqostinyo Çipesse ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı anqolalı futbolçu ilə 5 ay+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Aqostinyo Çipesse son olaraq Finlandiyanın "Kokkolan" klubunda çıxış edib. O karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb.