Goranboy şəhəri 2026-cı ilin "Gənclər Paytaxtı" seçilib. Sport24.az saytının Goranboya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Gənclər Paytaxtı"nın simvolik açarı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təhvil verilib.
Simvolik açarı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Tədbir çərçivəsində layihəsinin loqosu və maskotu da ictimaiyyətə nümayiş etdirilib.
Qeyd edək ki, 2025-ci ildə Sumqayıt şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" olub.