Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq. Sport24.az xəbər verir ki, milli komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yollanıb.

 

Quluzadə fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", fevralın 6-dan 8-dək isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək.

 

Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı

olub.