I liqada yarışan "Şahdağ Qusar" Kvaku Acei ilə yeni müqavilə bağlayıb. Sport24 az xəbər verir ki, qanalı futbolçu 2026/2027-ci illər mövsümünün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək.

 

Karyerasına vətənində "Çariti Stars"da başlamış 19 yaşlı afrikalı Qusar klubunda mövsümün əvvəlindən çıxış edir.

 

Xatırladaq ki, "Şahdağ Qusar" çempionatda geridə qalan 12 tura 12 xal toplamaqla, turnir cədvəlinin 8-ci sırasında qərarlaşıb.