"Fənərbaxça" Anderson Talişka ilə yola davam etmək istəyir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı vingerə yeni müqavilə təklif etməyi planlaşdırır.

 

Amma hələ ki rəsmi danışıqlara start verilməyib. Talişkaya bir çox klubdan təklif gəldiyi üçün onun "Fənərbaxça"da qalıb-qalmayacağı dəqiq deyil.

 

Braziliyalı mövsümün sonuna qədər Türkiyə klubuna məxsusdur.

 

O, "Bahia", "Benfika", "Beşiktaş", "Quanqjou Everqrand", "Əl-Nəsr" klublarının formasını geyinib.