"Liverpul" müqavilə ilə "Leypsiq"ə məxsus olan və icarə əsasında "Sanderlend"in formasını geyinən Niderland millisinin sağ cinah müdafiəçisi Lyutsharel Hertreydu ilə müqavilə imzalaya bilər. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, "mersisaydlılar" artıq 25 yaşlı futbolçunun mümkün transferi ilə bağlı danışıqlar aparırlar.
Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Arne Slot futbolçunu "Feyenoord"da birlikdə işlədəyi vaxtdan tanıyır. Müdafiəçi bu mövsüm Premyer Liqada 17 oyun keçirib.