Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq. Sport24.az xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə üz-üzə gələcək.

 

B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Naxçıvan" 25 xalla qrupda ikincidir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.

 

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.