"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda "Liverpul"a 6:0 hesabı ilə məğlubiyyəti və klub tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazandıqdan sonra oyunçularının emosiyalarından danışıb. Sport24.az xəbər verir ki, Rusiyanın "Çempionat.com" saytına danışan Məhəmmədəliyev "Ayntraxt"la görüşdən sonra daha xoşbəxt olduqlarını bildirib:

 

"Liverpul"la oyundan sonra pley-off mərhələsinə yüksəldiyimizə görə o qədər də sevinmədik. Çünki bu cür böyük fərqlə uduzmaq istəmirdik. Dünya səviyyəli bir komanda ilə mübarizə aparmağı düşünürdük. Məyus olduq, amma hər halda, bu cür alındı. "Ayntraxt"a qarşı əvvəlki oyundan (3:2) sonra daha xoşbəxt idik, çünki pley-off mərhələsində olduğumuza 99 faiz əmin idik. Hələ ki, tam rahatlaya bilmədik, amma Liverpuldakından daha xoşbəxt idik".