Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun daha bir matçı keçiriləcək. Sport24.az xəbər verir ki, "Abşeron" bu gün UNEC-lə qarşılaşacaq.

 

Oyun saat 17:00-da Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

 

Qeyd edək ki, XI tura sabah yekun vurulacaq.