Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, kişilərin mübarizəsində "Gənclər "Xilasedici" ilə üz-üzə gələcək.

 

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq oyunun start fiti saat 17:00-da səslənəcək. 

 

Qadınların yarışında saat 16:00-da "Gənclər" "Turan"la qarşılaşacaq. "DH Volley" - "Azərreyl" görüşü isə saat 18:00-a planlaşdırılıb. 

 

Qeyd edək ki, hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.