Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçirilib. Sport24.az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.

 

Burada "Gənclər" kollektivi "Xilasedici"yə 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə uduzub.

 

Qadınların çempionatında isə "Turan" "Gənclər"i 3:0 (25:20, 25:11, 25:17), "DH Volley" isə "Azərreyl"i 3:0 (25:13, 27:25, 25:15) hesabları ilə məğlub ediblər.