Vircil van Deyk UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la matçında unikal göstəriciyə imza atıb. Sport24.az xəbər verir ki, "Liverpul"un kapitanı Azərbaycan çempionu ilə oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Niderlandlı futbolçu bir Çempionlar Liqası oyununda 3 assist edən ilk ilk mərkəz müdafiəçisi olub. 34 yaşlı müdafiəçi Aleksis Makallister, Yoqo Ekitike və Federiko Kyezanın qol vurmasına şərait yaradıb.

 

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması İngiltərə təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.